"20 manat istədik, dedi ki, varımdır, vermirəm".
"Gördüm ki, pulu vermək istəmir, özüm cibindən götürdüm"
Əylənmək üçün gecə kluba üz tutan gənci peşman edənlər bu dəfə özləri peşman olublar.
Polis Bakıda cinayət törədən şəxslərə aman verməyib.
Nizami Rayon Polis Idarəsi əməliyatçıları şəhər sakini Vasif Namazova qarşı quldurluq etməkdə şübhəli bilinən 4 nəfəri yaxalayıblar. Keşlə qəsəbə sakinləri 23 yaşlı Elvin Abaszadə, Vahid Şirinov, Şahin Kərimov və Fizuli rayon sakini 25 yaşlı Rəşad Məhərrəmov gecə klubunda istirahət edən zaman Vasif Namazovun ofisianta hesab verməsini görüblər. Cinayət əməlini törətmək də bundan sonra ağıllarına gəlib.
Vahid Şirinov - saxlanılan şəxs: "Bizə borca 20 manat pul lazım idi. Yaxınlaşdıq ona, dedik ki, bizə 20 manat verə bilərsən? Dedi ki, varımdır, vermirəm. Tutub, cibindən pulu götürdük".
Rəşad Məhərrəmov - saxlanılan şəxs: "İçkiliydik. Ondan 20 manat borc istədik. Dedi ki, gedək dükana, verim, problem yoxdur. Marketə girdik, siqaret aldıq, çıxdıq. Gördüm ki, vermək istəmir. Əlimi atıb cibindən götürdüm. İçkili başla nə elədiyimi bilmirdim. Oldu da".
Faktla əlaqədar Nizami Rayon Polis Idarəsində açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. (Region TV)
7News.Az











