RU
İcra başçısının döyüldüyü deyilən müavini işdən çıxarıldı
18:01
653

İcra başçısının döyüldüyü deyilən müavini işdən çıxarıldı

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova vəzifəsindən azad olunub.

 
BakuPost.az xəbər verir ki, işdən çıxarılan sabiq başçı müavini başqa bir vəzifəyə təyin olunub. Onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəldiyi bildirilir.

 
Xatırladaq ki, ötən həftə mətbuatda X.Qəmbərovanın borc götürüb qaytarmadığına görə ləğv olunmuş "Zamin Bank"ın rayon filialının rəhbəri tərəfindən döyülməsi barədə xəbərlər yayılmışdı.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ