RU
İctimai Televiziya 12 yaşında
13:58
427

İctimai Televiziya 12 yaşında

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yaranmasından 12 il ötür.

7news.Az xəbər verir ki, 2005-ci il 29 avqustda rəsmi açılışı olmuş İctimai TV 9 nəfərdən ibarət Yayım Şurası tərəfindən idarə olunur. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru isə Yayım Şurası tərəfindən 4 ildən bir seçilir. Hazırda İctimai TV-nin baş direktoru Cəmil Quliyevdi.

İTRY "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ