7News.az xəbər verir ki, Gürcüstan İctimai Yayım İdarə Heyəti hadisə ilə bağlı bəyanatla çıxış edib: "Bu faktı biz jurnalistlərin qanuni peşə fəaliyyətinə və İctimai TV-nin yayım işinin kobud surətdə pozulmasına mane kimi qiymətləndiririk. Zorakılığa yol verən aksiyanın təşkilatçıları və iştirakçıları qanun qarşısında məsuliyyət daşımalıdır”, - deyə bəyanatda deyilir.
Bəyanatı yayımlayan Gürcüstan İctimai Yayım İdarə Heyəti hücum faktını təhlükəli presedent, həyəcan siqnalı adlandıraraq, qanunsuz hərəkəti İctimai Televiziyanın normal fəaliyyətinə təhlükə yaratdığını bildirib: "Hesab edirik ki, bu fakt ictimaiyyətin fəal müzakirə mövzusu olacaq və biz baş verən hadisəyə qiymət verməliyik”, - deyə bəyanatda bildirilib.
İTV-nin İcraiyyə Şurasının üzvləri siyasətçilər və jurnalistləri etiraz aksiya iştirakçılarının təcavüzkar və zorakı hərəkətlərinə qarşı çıxmağa çağırıblar.
Qeyd edək ki, fevralın 9-da İctimai TV-nin əməkdaşlarının kütləvi şəkildə işdən azad olunmasına qarşı etiraz aksiyasının iştirakçıları TV-nin canlı yayımında İTV-nin yeni kanalının rəhbərliyinin jurnalistlərin işdən azad olunması planına etirazlarını bildiriblər.//apa
7News.az








