RU
İdlibdə döyüşçülər silahları təslim etməkdən imtina ediblər
15:24
352

İdlibdə döyüşçülər silahları təslim etməkdən imtina ediblər

Suriyanın İdlib bölgəsində olan silahlı qruplaşmaların bir hissəsi silahları təslim etməkdən imtina edib və demilitarizasiya bölgəsinə doğru gediblər. 

7News.Az xəbər verir ki, bununla bağlı "RİA Novosti” yerli mənbəyə istinadla məlumat yayıb. 

"Demilitarizasiya zonası artıq 15-20 kilometr genişləndirilib. Burada bəzi döyüşçülər qalıb ki, onlar da silahlarını təhvil verməkdən boyun qaçırıb. Onların bu addımının səbəbləri məlum deyil”, - mənbə bildirilib. 

Oktyabrın 10-dək bütün ağır silahlar bölgədən çıxarılmalı idi. Ancaq mənbənin sözlərinə görə, Moskva və Ankara ağır silahları fərqli formada təsnif edir. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ