RU
İki avtobus toqquşdu: 19 ölü, 35 yaralı
11:40
258

İki avtobus toqquşdu: 19 ölü, 35 yaralı

Pakistanın şimal-şərqində yerləşən Pəncab əyalətində iki avtobus toqquşub.

 7News.Az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 19 adam həlak olub, 35-i yaralanıb.

 

Avtobuslarda təxminən 70 nəfərin olduğu, yaralıların çoxunun vəziyyətinin ağır olduğu bildirilir. Polisin məlumatına görə, hər iki avtobus böyük sürətlə hərəkət edirdi.

Qəzanın baş vermə səbəbi araşdırılır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ