RU
İki müsəlman müəllimin müzakirəsi:
13:32
909

İki müsəlman müəllimin müzakirəsi: "Ər arvadı necə döyməlidir?" - VİDEO

İslam kişinin qadına zorakılıq tətbiq etməsini yasaqlayır. Lakin ərin arvadını döyməsi mümkündür. Təbii ki, müəyyən şərtlərlə və qaydalar çərçivəsində.
 

7News.az Daily mail-ə istinadən bildirir ki, Avstraliyanın Sidney şəhərindəki ibtidai məktəbdə müəllim işləyən Rəma Əlluş həmkarı Atika Lətifi ilə diskussiyanı müsəlman kişinin arvadını döyməsi ilə bağlı ehkamları, yasaqları və şərtləri müzakirə ediblər.

Diskussiya 30 dəqiqə davam edib.

Onların dediklərinə görə, müsəlman kişinin arvadını döyməsinə Şəriət icazə verir. Lakin bunun bəlli qaydaları və şərtləri var.

"Məsələn, müsəlman kişi arvadının üzünə, başına, görünən yerlərinə vura bilməz. Yumruq, təpik, şillə qəti qadağandır. Kişi arvadını döymək istəyərsə, ən uzağı misvak çubuğu boyda çubuqdan yararlana bilər. Zərbələr də xəfif, ehmal olmalıdır. Belə zərbələr tərbiyə üsulu, qadın üçün şəfqətdir", - Rəma Əlluş deyib.

Onun sözlərinə görə, müsəlman kişi arvadını döymək fikrinə düşərsə, "şivak" adlı kiçik çubuqdan istifadə etməlidir.

 

"Ər arvadını istədiyi zaman, ən kiçik məsələyə görə döyə bilməz. Ərə qulaq asmamaq və ona itaət etməmək, tərbiyəsiz hərəkət, yalan, evdəkilərdən birinə "ərimi sevmirəm" sözlərinin deyilməsi qadının döyülməsi üçün əsas ola bilər", - bunu isə Atika Lətif söyləyib.

7News.az

İki müsəlman müəllimin müzakirəsi:


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ