Müxalifət Ermənistan parlament spikeri vəzifəsinə namizəd irəli sürəcək Ermənistan parlamentinin yeni sədrinin namizədliyi iki müxalifət fraksiyasından biri tərəfindən irəli sürüləcək.
Bunu müxalifət "Ermənistan” blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan parlament sədri postuna müxalifətdən kimin namizəd olacağı ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, hazırda bu məsələyə baxılır.
"Bu məsələ müxalifətin "Mənim şəfərim” blokunun parlament fraksiyası ilə müzakirə olunub. Düşünürəm ki, onlar yaxın vaxtlarda bəyanat verəcəklər” - Minasyan bildirib.
Xatırladaq ki, parlament müxalifəti parlamentin sədri Alen Simonyanın istefasını tələb edən layihəni dövriyyəyə buraxıb.
Mətbu orqan yazır ki, çoxluğun Alen Simonyanı istefaya göndərəcəyi şübhəlidir. /olke
7NEWS.Az








