RU
İlan adası Rusiyanın hərbi texnikalarından tam təmizlənib
15:00
171

İlan adası Rusiyanın hərbi texnikalarından tam təmizlənib

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Dəstələri İlan adasının təmizlənməsi tapşırığını tamamilə yerinə yetiriblər.
7News.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Cənub Dairəsinin Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, adada Rusiyanın 30-dək hərbi texnikası tamamilə məhv edilib.

Xatırladaq ki, iyunun 30-da Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib və ada işğaldan azad olunub.

İyulun 4-də isə İlan adasına Ukrayna bayrağı sancılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ