RU
18:30
521

"İlham Əliyev Belarusun böyük dostudur" - Lukaşenko

"Azərbaycan hər zaman Belarusa ən yaxın dostu kimi arxalana bilər”.
 
Bunu Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevlə təkbətək görüşdə deyib.

Prezident Azərbaycanda konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı keçirilən seçkilərdə vətəndaşların inamlı dəstəyini qazanan həmkarı İlham Əliyevi təbrik edib. Lukaşenko əlavə edib ki, rəhbərlik etdiyi ölkə hər zaman Azərbaycan üçün faydalı olan hər şeyi edəcək: 

"Bizim imkanlarımızı siz yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz və bizim aramızda qapalı mövzu yoxdur. Biz bütün istiqamətlərdə əməkdaşlıq edirik və edəcəyik. Biz öz əməkdaşlığımızla heç kimə zərər vermirik, fəaliyyətimizə aid ən aktual məsələlərinin müzakirəsi zamanı açığıq, gələcəkdə də açıq olacağıq”.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ