Müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti başlayıb.
7News.Az-ın xəbərinə görə, tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva iştirak edirlər.
7News.Az








