RU
`İlham Əliyevin dəstəyini unutmayacağıq`- XİN rəhbəri
13:46
606

`İlham Əliyevin dəstəyini unutmayacağıq`- XİN rəhbəri

"Fətullahçı Terror Təşkilatına qarşı Azərbaycanın apardığı mübarizəni alqışlayırıq”

 

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında deyib. 

Nazir qeyd edib ki, FETÖ-nün olduğu bütün ölkələrdə onların planı qiyam həyata keçirmək olub: "Son səfərimdən sonra Türkiyədə çevrilişə cəhd oldu. Biz Azərbaycana, prezident İlham Əliyevə dəstəyinə görə təşəkkür edirik. Biz bunu heç vaxt unutmayacağıq. FETÖ-nün üzünü bir daha gördük. FETÖ-yə qarşı Azərbaycanda həyata keçirilən tədbirləri alqışlayırıq".

M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə tərəfi olaraq Azərbaycanla əməkdaşlığı daim gücləndirməyə çalışırlar: "TANAP bizim üçün birinci dərəcəli layihədir. Öncə Azərbaycan qazı Türkiyəyə gələcək, daha sonra Avropaya ixrac olunacaq".

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ