RU
İlhamə Quliyevanın həbsdən çıxan köməkçisi Mehribana vəzifə verildi
14:54
1920

İlhamə Quliyevanın həbsdən çıxan köməkçisi Mehribana vəzifə verildi

Mərhum xalq artisti İlhamə Quliyevanın soyğunçuluqda təqsirləndirilərək həbs edilən köməkçisi Mehriban Hüseynovanın yeni işi bəlli olub.

7News.az-ın əldə etdiyi məlumata, M.Hüseynova "Azərbaycan Dünyası" Jurnalında xüsusi müxbiri kimi işə götürülüb.

Xatırladaq ki, Mehriban Hüseynova barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdı. O, ötən il fevralın 25-də dünyasını dəyişən Xalq artisti İlhamə Quliyevanın var-dövlətini ələ keçirməkdə günahlandırılırdı. Cari ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinın qərarına əsasən, mərhum Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 1 il 3 ay müddətinə şərti cəzayla azadlığa buraxılıb.

M.Hüseynova öncələr də jurnalistlik fəaliyyəti ilə məşğul olub.//sonxeber

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ