RU
“İlin Dörd Fəsli” MMC-nin idmançılardan ibarət dəstəsi sakinləri döydü – ŞOK GÖRÜNTÜLƏR
11:07
1357

“İlin Dörd Fəsli” MMC-nin idmançılardan ibarət dəstəsi sakinləri döydü – ŞOK GÖRÜNTÜLƏR

Ötən gün "Yeni Bakı” yaşayış kompleksində, "İlin Dörd Fəsli” MMC-nin idmançılardan ibarət dəstəsi sakinlərin üzərinə hücum çəkərək, onları döyüblər. 

Bu barədə jurnalist Elman Bağırov məlumat yayıb. Onun sözlərinə görə, sakinlər artıq canlarına doyublar və son çarə olaraq Prezident Administrasiyasına gedərək, şikayətlərini çatdırmağı düşünürlər.

Skrom.Net həmin məlumatı və hadisə yerindən çəkilmiş videoları təqdim edir:

Görəsən "İlin Dörd Fəsli” MMC-nin direktoru Elnur Hüseynovun, "komendant” Ehtiram Yusifovun bu idmançı dəstəsini maliyələşdirməkdə,sakinləri hər an qorxu içərisində saxlamaqda,döydürməkdə məqsədləri nədir ?

Yeni Bakı şəhərciyini inşa edərək milyonlar qazanan və adı dələduz tikinti şirkətləri arasında yer alan və burada yaşayan mənzil sahiblərini özündən asılı hala salmağa çalışan İlin Dörd Fəsli MMC-nin qanunsuz əməllərinə Baba Tağıyev başda olmaqla "Azərişıq” rəsmiləri niyə hələ də biganədir?

Niyə axı "Azərişıq” şəhərcik sakinlərini fərdi abonent kimi tanımaqdan imtina və ya bunu müxtəlif bəhanələrlə hələ də uzadır?

Niyə axı Azərişıq rəsmiləri 3000 mənzilli şəhərcik sakinlərinin həyatına bu qədər biganədir?

Artıq suallar daha da çoxalır. Həqiqətənmi sakinlərin həyatından da əhəmiyyətli maraqlar "Azərişıq”la "İlin Dörd Fəsli” MMC-ni ayrılmağa qoymur?

Artıq bir neçə aydır ki, "Yeni Bakı” şəhərciyində mənzil sahiblərinin elektrik təminatı komendantlıq adlanan saxta qurum və onun qoçu dəstələri tərəfindən kəsilərək sakinlərə problemlər yaşadırlar. Hətta komendant Ehtiram Yusifovun sakinləri təhqir etməsi getdikcə adiləşərək əlbəyaxa vəziyyətinə çatır, məsələni araşdırmağa gələn polis əməkdaşları isə lazımi tədbirlər görmürlər.

Cana doymuş sakinlər son ümid kimi Prezident Administrasiyasına gedərək şikayətlərini çatdırmağı düşünürlər. Ümid edirik ki, biz sakinlərə edilən zülmlərə son qoyulması üçün bir çıxış yoludur…”

Qeyd edək ki, "İlin Dörd Fəsli” MMC dələduz tikinti şirkətləri arasında adı ən çox hallanan şirkətlərdən biridir. Bu şirkət barədə mətbuatda müxtəlif zamanlarda şikayətlər yer alsa da, şirkətin rəhbərliyinə qarşı heç bir ölçü götürülmür. Bu isə bir sual yaradır. Bu qədər sakini narazı salan, onların üzərinə "qoçu” dəstəsi ilə hücum çəkən dələduzları himayə edən(lər) kimlərdir?…//scrom.net

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ