RU
İlon Maskdan tviter istifadəçilərinə bəd xəbər
18:50
117

İlon Maskdan tviter istifadəçilərinə bəd xəbər

Tviter 1.5 milyon istifadəçinin hesabını bağlayacaq.

Bu barədə  "SpaceX” və "Tesla”nın baş direktoru, Tviterin sahibi İlon Mask məlumat paylaşıb.
O, uzun müddətdiri giriş olmayan və paylaşımlar edilməyən hesabların qapadılacağını açıqlayıb.

Mask həmçinin tviterdə istifadəyə veriləcək 2 yeni funksiya barədə də məlumatları bölüşüb.
Tviterin sahibi bildirib ki, yeniliklərdən biri hər hansı bir hesabın bağlanma riski ilə bağlıdır. Belə ki, profilin bağlanma ehtimalı varsa, istifadəçilərə bu barədə xəbərdarlıq göndəriləcək. Tviter istifadəçiləri beləliklə bunun səbəbini və necə etiraz etməli olduqlarını öyrənmiş olacaqlar.

Digər bir yenilik isə tvitlərin görülmə sayı ilə bağlıdır. Belə ki, yeni funksiya istifadəyə verildikdən sonra tviterdə insanlar videolarda olduğu kimi tvitlərinin də neçə nəfər tərəfindən baxıldığını görəcəklər./olke

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ