RU
İmperatorun oğlundan narkotik tapıldı
16:29
1150

İmperatorun oğlundan narkotik tapıldı

Sabirabadda 2 gün ərzində narkotik əleyhinə əməliyyat tədbirləri keçirilib.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün rayonun Minbaş kənd sakini, əvvəllər məhkum olunan 1976-cı il təvəllüdlü Əliyev Ələkbər İmperator oğlunun həyətyani sahəsindən ümumi çəkisi 3 kq 100 qram olan 5 ədəd çətənə kolları aşkar edilərək, götürülüb. Əlavə olaraq onun evindən 61,023 qram marixuana aşkar olunub.

Bu gün isə, 1978-ci il təvəllüdlü, rayonun Minbaş kənd sakini İsmayılov Zabit Cahangir oğlunun həyətyani sahəsindən yaş çəkisi 600 qr olan 7 ədəd çətənə kolları aşkar olunaraq, götürülüb.

Faktla bağlı istintaq bölməsində araşdırma aparılır./atv.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ