7NEWS.az xəbər verir ki, ABŞ Ordusundan verilən açıqlamada, dekabrın 21-də Cənubi Çin dənizində beynəlxalq hava məkanında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 təyyarəsinin Çinə məxsus J-11 döyüş təyyarəsi tərəfindən təcavüzə məruz qaldığı açıqlanıb. Açıqlamada Çin hərbi reaktivinin ABŞ təyyarəsinin 6 metr yaxınına gəldiyi, ABŞ təyyarəsinin toqquşmamaq üçün manevr etməli olduğu bildirilib. ABŞ-ın müdafiə naziri Lloyd Ostin noyabrın 22-də Kambocada Çinin müdafiə naziri Vey Fenqe ilə görüşü zamanı Çin hərbi maşınlarının Hind-Sakit okean regionunda "gedərək artan təhlükəli hərəkətləri” ilə bağlı narahatlığını ifadə edib.
7NEWS.az








