Çinin cənub-qərbindəki Sıçuan əyalətində ard-arda iki güclü zəlzələ olub.
7News.Az bildirir ki, yeraltı təkanların gücü 5,8 və 6 bal təşkil edib.
Qeyd olunur ki, 25 minə yaxın şəxs yaşayış yerlərindən təxliyə edilib. İlkin məlumatlara görə, 4 nəfər xəsarət alıb.
Bölgədə axtarış-xilasetmə işləri üçün 2,8 min xilasedici cəlb edilib.
7News.Az








