RU
Çində bank şöbə müdirinə ömürlük həbs verildi
15:00
70

Çində bank şöbə müdirinə ömürlük həbs verildi


Çin Bankının keçmiş şöbə müdiri Xu Quocun ölkədəki ən böyük korrupsiya işi çərçivəsində ömürlük həbs cəzasına məhkum edilib.

7NEWS.az xəbər verir ki, dünyanın dördüncü ən böyük bankı olan "Bank of China"nın keçmiş filial müdiri Xu Quocun 2,3 milyard yuan (325 milyon dollar) mənimsəməkdə təqsirli bilinib. Hakim qarşısına çıxan Guojun ömürlük həbs cəzasına məhkum edildi. Məhkəmədən verilən açıqlamada qeyd olunub ki, Quojun və digər bank əməkdaşları saxta kreditlər əldə etmək üçün fond idarəetmə sistemindəki boşluqlardan istifadə edib. Oğurlanmış pulun 2 milyard yuandan çoxunun da tapıldığı bildirilir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ