RU
Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131-ə çatdı
15:10
27

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131-ə çatdı


Çində baş verən 6,2 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 131-ə, yaralananların sayı isə 980-ə yüksəlib.

7NEWS.az xəbər verir ki, Çin dövlət mediasının məlumatına görə, Qansu əyalətində ölənlərin sayı 113-ə, yaralıların sayı isə 782-yə yüksəlib. Qonşu Çinxay əyalətində ölənlərin sayı 18-ə, yaralıların sayı 198-ə yüksəlib, 16 nəfər itkin düşüb. Zəlzələnin baş verdiyi Qansuda 155 min 393 evə ziyan dəyib. Evsizlər çadırlara yerləşdirilərkən bölgəyə çoxlu yardım materialları göndərilib. Çin hökuməti iki əyalət üçün 100 milyon yuan (təxminən 14,1 milyon dollar) ayırıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ