7NEWS.az xəbər verir ki, Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, büdcə gəlirləri 11 ayda illik 7,9 faiz artaraq 20,01 trilyon yuana (təxminən 2,83 trilyon dollar) çatıb. Sözügedən dövrdə mərkəzi idarəetmə orqanlarının büdcə gəlirləri 6,9 faiz, yerli özünüidarəetmə orqanlarının büdcə gəlirləri isə 8,7 faiz artıb. Büdcə gəlirlərində ən böyük paya malik olan vergi gəlirləri illik 10,2 faiz artımla 16,84 trilyon yuana (təxminən 2,38 trilyon dollar) çatıb.
7NEWS.az








