7NEWS.az xəbər verir ki, ayın ikinci həftəsində Pekində ortaya çıxan hallar səlahiyyətliləri hərəkətə keçirməyə sövq etdi. Şəhərin bir çox rayonlarında ciddi karantin tətbiq etməklə, təcrid olunmuş ərazilərin hadisələri daha da artırmamasını təmin etmək hədəflənib. Şəhərdə bir çox sayt və müəssisələr bağlanıb. Çin bazar günü ölkə miqyasında 26,824 yeni covid hadisəsi olduğunu bildirdi. Ölkənin paytaxtı Pekində həftə sonu üç ölüm qeydə alınarkən, Pekin yerli hökuməti şəhərin Haidian rayonunda üz-üzə dərslərin ləğv edildiyini açıqladı.
7NEWS.az








