Çinin Henan əyalətində fabrikdə baş verən güclü yanğın zamanı azı 38 nəfər ölüb.
Bu barədə Çinin CGTN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə Anyang şəhərində qeydə alınıb. Yanğın zamanı həmçinin iki nəfərin yaralandığı, daha iki nəfərin itkin düşdüyü bildirilir.
Digər mətbu orqanlar isə hadisə zamanı 36 nəfərin həlak olduğunu xəbər veriblər. KİV-in məlumatına görə, yanğının söndürülməsinə 63 texnika, 240-dan çox yanğınsöndürən cəlb olunub.
Yanğının başvermə səbəbi açıqlanmır.








