RU
Çində gəminin aşması nəticəsində səkkiz nəfər ölüb
17:20
78

Çində gəminin aşması nəticəsində səkkiz nəfər ölüb

Çinin cənubunda yerləşən Quiçjou əyalətində çay gəmisinin aşması nəticəsində səkkiz nəfər həlak olub.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün Pekin vaxtı ilə saat 09:30 radələrində Pinçjen çayında baş verib. Gəminin göyərtəsində 13 nəfər olub.

Həkimlər qəzadan sağ çıxan beş nəfərin vəziyyətini sabit qiymətləndirirlər. Araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ