RU
Çində helikopter dənizə düşüb: Üç nəfər ölüb – VİDEO
12:50
2256

Çində helikopter dənizə düşüb: Üç nəfər ölüb – VİDEO

Çində turistləri daşıyan helikopter qəzaya uğrayıb.

"Haber Global”ın verdiyi məlumata görə, hava nəqliyyatı vasitəsi şərqi Çin dənizinə düşüb.

 

Hadisənin Futszyan vilayətinin Syamın şəhəri yaxınlığında baş verdiyi bildirilib.

Helikopterdə dörd nəfərin olduğu qeyd edilib. Onlardan üçünün həlak olması artıq təsdiqlənib. Bir nəfər isə itkin düşmüş sayılır. Hazırda onun axtarışları davam edir.

Hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ