RU
Çində iri sənaye şirkətlərinin gəlirləri sürətlə artdı
17:50
59

Çində iri sənaye şirkətlərinin gəlirləri sürətlə artdı


7NEWS.az xəbər verir ki, Sənaye şirkətlərinin mənfəətlərinin artmasına fundamental təsirindən əlavə, Çin hökumətinin iqtisadiyyatı canlandırmaq üçün son səyləri də təsirli oldu. Çin Milli Statistika Bürosu sənaye mənfəətinin noyabr ayında əvvəlki ilə nisbətən 29,5% artdığını bildirdi. Oktyabrda artım 2,7% təşkil edib. Milli Statistika Bürosu, həmçinin Çinin sənaye mənfəətinin ilin ilk 11 ayında əvvəlki ilə nisbətən 4,4% azaldığını açıqlayıb. Yanvar-oktyabr dövründə 7,8% azalma olub. Noyabrda özəl şirkətlərin mənfəəti 1,6% artıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ