RU
Çində kimya zavodunda partlayış - Ölənlər var
13:20
771

Çində kimya zavodunda partlayış - Ölənlər var

Çinin Daxili Monqolustan muxtar rayonunun Alaşan ərazisində kimya zavodunda baş vermiş partlayış nəticəsində azı dörd nəfər həyatını itirib, üç nəfər xəsarət alıb.

Bu barədə "Qafqazinfo” "Sinxua” agentliyinə istinadən xəbər verir.

Onun məlumatına görə, insident cümə günü yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə saat 19:00-da-red.) qeydə alınıb. Partlayış kimya zavodunun oksidləşmə sexində baş verib.

Hazırda zavodun fəaliyyəti dayandırılıb, müəssisənin qanuni nümayəndəsi ictimai təhlükəsizlik orqanlarının nəzarəti altındadır.

İnsidentin səbəbi müəyyənləşdirilir, istintaq aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ