RU
Çində koronavirusa yoluxma hallarının sayında növbəti dəfə rekord qeydə alınıb
10:40
98

Çində koronavirusa yoluxma hallarının sayında növbəti dəfə rekord qeydə alınıb

Ötən sutka Çində rekord sayda yoluxma halı qeydə alınıb.

7NEWS.Az xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Komissiyası  məlumat yayıb.

Bildirilib ki, noyabrın 26-da 39 791 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 3 709-u simptomlu, 36 082-si isə simptomsuz qeydə alınıb.

Bundan başqa, səhiyyə qurumunun məlumatına görə, eyni dövr ərzində ölkədə bir nəfər sözügedən virusdan ölüb.

Beləliklə, Çində koronavirusa yoluxma hallarının sayı 271 159-a yüksəlib, ölənlərin sayı isə 5 233-ə çatıb.

Qeyd edək ki, Çində artıq dalbadal 4-cü gün koronavirusa yoluxma hallarının sayında rekord qeydə alınır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ