Çinin şərqindəki Şandun əyalətindəki Yantai limanı yaxınlığında yük gəmisi qəzaya uğrayıb.
Bu barədə "Sinxua" agentliyi yerli xilasetmə bürosuna istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, gəmidə olan 14 ekipaj üzvündən 4-ü həlak olub, daha 7-si itkin düşüb. Digər üç nəfər isə xilas edilib.
İtkin düşənlərin axtarışına xilasedici qayıq və helikopter göndərilib./report
7NEWS.Az








