RU
Çində zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb
10:50
24

Çində zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Televiziya diqqətə çatdırıb ki, 113 nəfər şimal-qərbdəki Qansu əyalətində, daha 31 nəfər qonşu Sinxay əyalətində ölüb, 3 nəfər isə hələ də itkin düşüb.

Xatırladaq ki, daha əvvəl 131 nəfərin öldüyü bildirilirdi.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ