Çindən ötən ildə rəqəmsal valyutalar vasitəsilə 2 mlrd. ABŞ dolları kapital çıxarılıb.
Çin Mərkəzi Bankının (PBOC) qərarı ilə dünən ölkənin 3 ən iri kriptovalyuta birjasının fəaliyyətinə məhdudiyyətlər qoyulub. "BTC China" bankı öz bitkoin siyasətinə yenidən baxılması üçün 72 saat ərzində əməliyyatları dayandırarkən, "Huobi" və "OKCoin" bankı isə ümumiyyətlə, əməliyyatları dayandırıb. PBOC-un bu qərarından sonra dünya birjalarında bitcoinin qiyməti 7,8% azalaraq 977 dollara enib. Buna baxmayaraq, son 12 ay ərzində bitkoin 120 % bahalşma göstərib./report
7news.Az








