İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Təbii fəlakətin episentri Banda-Açex şəhərindən 414 kilometr cənub-qərbdə yerləşib. Sözügedən şəhərdə isə 250 min əhali yaşayır.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.








