RU
İndoneziyada 7,3 bal gücündə zəlzələ olub
14:10
537

İndoneziyada 7,3 bal gücündə zəlzələ olub

İndoneziyanın şərqində 7,3 bal gücündə zəlzələ baş verib.

 7News.Az "TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ İndoneziyanın Flores adası sahillərində 18,5 km dərinlikdə baş verib.

Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı edilib.

İndoneziyanın Fəlakətin Azaldılması Milli Agentliyinin sözçüsü Abdul Muharinin sözlərinə görə, insan itkisi, xəsarət alanlar və dağıntlar barədə hələ ki məlumat yoxdur.

Qeyd edək ki, bu ilin yanvarında İndoneziyada baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində yüzdən çox insan ölmüşdü.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ