İndoneziyanın Yava adasında 5,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində 20-dək insan ölüb, azı 300 nəfər xəsarət alıb.
Bu barədə yerli KİV məlumat yayıb.
Yavanın ən böyük şəhərlərindən biri olan Çianjur şəhərinin meri təkcə xəstəxanalardan birinə 20-yə yaxın ölü və 300 nəfər yaralının yerləşdirildiyini bildirib.
Ölən və xəsarət alanların sayı barədə məlumat dəqiqləşdirilir.
Episentri Çianjur şəhəri olan zəlzələ İndoneziyanın paytaxtı Cakartada da hiss olunub.








