İndoneziyanın paytaxtı Cakartaya bitişik Bekasi şəhərində iki qatarın toqquşması nəticəsində azı dörd nəfər həlak olub, 38 nəfər yaralanıb.
Toqquşma Bekasi dəmir yolu stansiyasında şəhərətrafı qatarla uzaq məsafəli qatar arasında baş verib.
Uzaq məsafəli qatardakı 240 sərnişinin hamısının təhlükəsizlikdə olduğu bildirilir. Şəhərətrafı qatarda neçə nəfərin olduğu bəlli deyil. Qəza nəticəsində qurbanların sayının artma ehtimalı var. Qeyd edilir ki, qəzanın başvermə səbəbi hələlik aydın deyil.
Fakt üzrə araşdırma davam edir.








