İndoneziyanın Medan şəhərində iki gənc məsciddə pulsuz "wi-fi” bağlantısı aşkar edincə ibadətgahda mobil oyun oynamağa başlayıb.
Bunu görən məscid əməkdaşları "wi-fi” şifrəsini dəyişdirib.
Oyunu yarıda qalan gənclər bu addımdan hiddətlənərək onlara hücum çəkib.
Gənclər əllərindəki dəyənəklərlə məscidin işçilərini qovalayıblar.
Hadisə yerinə polis çağırılıb və oyun həvəskarları saxlanılıb.








