İndoneziyada yük təyyarəsi qəzaya düşüb.
Bu barədə məlumatı "CNA” yayıb. Bildirilir ki, qəza ölkənin şərqində Papua vilayətində baş verib.
İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 3 ekipaj üzvü olub. Həmçinin qeyd olunur ki, təyyarənin qalıqları vilayətin rayonlarından birində aşkar olunub.
Hadisə yerinə xilasedicilər cəlb edilib.








