RU
İngiltərə 40 döyüş təyyarəsini Rusiyaya qarşı havaya qaldırdı - “Fərqindəyik, şərtlər dəyişdi”
16:59
810

İngiltərə 40 döyüş təyyarəsini Rusiyaya qarşı havaya qaldırdı - “Fərqindəyik, şərtlər dəyişdi”

İngiltərə 40 döyüş təyyarəsini Rusiyaya qarşı səmaya qaldırıb.

7News.Az avropa.info-ya istinadən xəbər verir ki, İngiltərə, ABŞ və Fransa təyyarələri Rusiyaya qarşı Şimal dənizində təlim keçirlər.

Point Blank adı verilən təlim ABŞ, Fransa və İngiltərənin Şimal dənizində təhdid olaraq gördüyü Rusiyaya qarşıdır.

 

İngiltərə Hava Qüvvələrinin kontradmiralı Jez Attridge təlimlərin Rusiyaya qarşı olduğunu gizlətməyib.

"Şərtlərin dəyişdiyinin fərqindəyik, Rusiyanın beynəlxalq qaydalara meydana oxuduğunu görürük" - Jez Attridge belə deyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ