RU
İngiltərədə məktəbli atasının ona bayram hədiyyəsi olaraq aldığı minaaxtaranla bomba tapıb
23:30
963

İngiltərədə məktəbli atasının ona bayram hədiyyəsi olaraq aldığı minaaxtaranla bomba tapıb

İngiltərədə ata məktəbli oğluna Yeni İl hədiyyəsi olaraq minaaxtaran cihaz alıb.

Denni adlı yeniyetmə atası ilə birlikdə mağazadan çıxandan sonra cihazın işləmə funksiyasını öyrənmək məqsədilə onu işə salıb.
Bu zaman minaaxtaran dayanmada siqnal verməyə başlayıb. Pol və oğlu Denni cihazın tuşlandığı yeri maraq üçün qazmağa başlayıblar. Həmin yerdən qara ağır daşa bənzər əşya çıxıb.

Denni onu əlinə götürən zaman ətrafdakılardan biri uca səslə əşyanın bomba olduğunu deyərək, cəld onu yerə qoymasını bildirib.

Pol əvvəlcə polisə zəng edib, sonra isə aidiyyəti qurumlara xəbər edib. Bomba mütəxəssislər tərəfindən zərərsizləşdirilib./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ