7News.az-ın məlumatına görə bu barədə 16 saylı Yasamal rayon II seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan və məğlub olan QHT sədri Çingiz Bayramov xəbər verib. Arzularının bəzi "yarıtmaz" insanlara görə yarıda qaldığını deyən Ç.Bayramov bu barədə geniş şərh paylaşıb:
"Uca Millətim!
Mən arzu edirdim ki, Milli Məclisə millətvəkili seçilməklə, müstəqilliyi əbədi olan, Dövlətimə, Xalqıma xidmət edim. Dövlətimizin ideyalarına xidmət etməyən insanların təqsiri ucundan bu arzu olaraq qaldı.
Ancaq məni, öz Dövlətimə, Xalqıma xidmət etməkdən çəkindirmədi!
Mən qərar verdim!
Öz həmfikirlərimə arxalanaraq fəal siyasətə qoşulum.
Bu yolda məni gözləyən bütün çətinliklərə və uğursuzluqlara hazıram!
Azərbaycan Dövləti və Milləti naminə Mübarizə aparmağa hazıram!
Mən dəstək istədiyim insanlar cəmiyyətin sosial cəhətdən ən çox ehtiyac duyan insanlardır. Mənə yalnız bu insanların dəstəyi lazımdır!
Əlillər, işsizlər, müharibə veteranları, az təminatlı ailələr və xaricdə təhsil almış məzunlar, o cümlədən Türkiyə məzunları!
Uca Dövlətimizin və Prezidentimizin ətrafında birləşməyə Sizi çağrıram!
Haqsızlıqlara qarşı birgə Mübarizəyə çağrıram!"
7News.az








