Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələdə həyatını itirənlərin sayının 148-ə yüksəldiyi bildirilib.
7NEWS.az xəbər verir ki, yerli hökumətlərin verdiyi açıqlamaya görə, Qansu əyalətində 117, qonşu Qinghai əyalətində isə 31 nəfər ölüb. Bununla da zəlzələdə ölənlərin sayı 148-ə yüksəlib. Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) bildirib ki, 6,2 bal gücündə zəlzələ dekabrın 18-də gecə yarısına bir dəqiqə qalmış baş verib, episentri Cishishan Bao'an Donxiang və Salar Muxtar Dairəsində olub.
7NEWS.az








