Xarici İşlər Nazirliyi Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Xarici İşlər üzrə Mərkəzi Komissiyanın direktoru və xarici işlər naziri Vanq Yinin sabah Türkiyəyə səfər edəcəyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Mərkəzi Xarici İşlər Komissiyasının direktoru, xarici işlər naziri Vanq Yi İyulun 26-da Türkiyəyə səfər edəcək.
Türkiyə xarici işlər naziri Hakan Fidanın ÇKP-nin Xarici İşlər üzrə Mərkəzi Komissiyasının direktoru və nazir Vanq Yi ilə görüşləri zamanı Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə edəcəyi, o cümlədən aktual regional və beynəlxalq problemlərə dair fikir mübadiləsi aparacağı gözlənilir.
7NEWS.az








