RU
İnquşetiyada nə baş verir? - ŞƏRH
16:15
619

İnquşetiyada nə baş verir? - ŞƏRH

Artıq beş gündür ki, İnquşetiyada qonşu Çeçenistanla sərhədlərin demarkasiyası razılaşmasına qarşı mitinqlər davam edir. İnsanlar meydanlarda gecələyir, yerli qüvvələrə qida paylayır və s. Bu etiraz hamı üçün gözlənilməz oldu. 

Bu münaqişənin kökü 1992-ci ilə gedir. O zaman Çeçen-inquş ASSR iki respublikaya parçalanıb - Çeçenistan və İnquşetiya. 

Bu, ona görə baş verdi ki, o zaman Coxar Dudayev tərəfindən idarə edilən Çeçenistan müstəqillik iddia edirdi, həmin vaxt inquşlar Rusiyanın tərkibində muxtar respublika kimi qalmağa üstünlük verirdilər. Həmin vaxt respublikalar arasında sərhədlər sona qədər demarkasiya edilməmişdi. 

Bu günlərdə isə Çeçenistan rəhbəri Ramzan Kadırovla İnquşetiya başçısı Yunus-Bek Yevkurovun respublikalar arasında administrativ sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı razılaşması bugünkü etirazlara səbəb olub. 

Rusiyalı politoloq Denis Korkodinov bu məsələ ilə bağlı 7News.Az-a açıqlama verərkən deyib ki, bu vəziyyətdə Moskva mümkün qədər tez İnquşetiyadakı etirazları yatırmağa çalışacaq ki, bu, Rusiyanın digər siyasi administrativ subyektlərinə təsir göstərməsin. 

"Formal olaraq, İnquşetiyadakı etirazlarla bağlı neytral mövqe tutan Moskva Yunus-Bek Yevkurovun istifası da daxil, bəzi güzəştlərə getməyə hazırdır. Bununla Moskva inquş müxalifətini inandırmağa çalışır ki, onların fikirlərini diqqətdə saxlayır”, - ekspert deyib. 

Onun sözlərinə görə, Moskva başa düşür ki, əvvəlcədən ehtimal edilən güc və təzyiq metodu özünü doğrultmadı və münaqişənin gərginləşməsi Rusiyanın ərazi bütövlüyü üçün "sui-qəsd”dir. 

"Hazırda Moskva yaranmış vəziyyətin gərginləşməsindən çox narahatdır. O, buna təkcə daxili təhlükəsizliyə təhdid kimi deyil, eyni zamanda, Şimali Qafqaz ərazisində öz təsirini itirmək kimi baxır. Çünki Çeçenistan və İnquşetiya Şimali Qafqazda Səudiyyə Ərəbistanının ərəb dünyasındakı rolunu oynayır”, - müsahibimiz əlavə edib.  

Korkodinov əlavə edib ki, başqa cür desək, Maqas və Qroznı Rusiya Federasiyasında regional müsəlman mərkəzlərinin açarı sayılır. 

Ekspert əmindir ki, məhz buna görə Moskva mümkün qədər tez İnquşetiyada etirazları yatırmağa çalışacaq. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ