Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərə əsasən, qumar oyunlarının internet, sosial şəbəkələr və digər elektron platformalar vasitəsilə təkrar təşkili və ya bunun üçün şərait yaradılması hallarında cəzaların sərtləşdirilməsi nəzərdə tutulur. Bu əməlləri törədən şəxslər cinayətdən əldə olunan gəlirin iki mislinədək cərimə oluna, həmçinin 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası ala bilərlər.
Layihədə yetkinlik yaşına çatmayanların qumar oyunlarına cəlb olunmasına görə də daha ağır məsuliyyət müəyyən edilir. Əgər bu hallar qrup şəklində və ya xeyli gəlir əldə etmək məqsədilə törədilərsə, eyni qaydada 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya həbs cəzası tətbiq edilə bilər.
Hazırda qüvvədə olan qanunvericilikdə isə bu əməllərə görə 10-15 min manat cərimə və ya 2-3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.








