RU
Bakıda evdə tonqal qalayan ana-qız saxlanıldı
13:10
21

Bakıda evdə tonqal qalayan ana-qız saxlanıldı

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən yaşayış binasının sakinləri uzun müddətdir eyni mənzildə yaşayan ana və qızın ətrafdakılar üçün narahatlıq yaratdığını bildirirlər.

Sakinlərin sözlərinə görə, sözügedən şəxslər tez-tez müxtəlif əşyaları eyvandan aşağı atır, həmçinin mənzildə od yandırırlar. Onlar qeyd edirlər ki, bu hallar artıq iki ildən çoxdur davam edir və əsasən gecə saatlarında baş verir.

Bina sakinləri iddia edirlər ki, bəzi hallarda evdə tonqal qalamaq cəhdləri də olub. Onların fikrincə, aidiyyəti qurumların vaxtında müdaxiləsi olmasaydı, hadisə daha ciddi nəticələrə səbəb ola bilərdi.

Məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə baxış keçirib və birgə yaşayış qaydalarının pozulduğunu müəyyən ediblər. Bundan sonra ana və qız mənzildən uzaqlaşdırılıb.

Hazırda həmin şəxslərin müvafiq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı prosedurlar davam etdirilir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ