"İnterpol"un Paris bürosu tərəfindən barəsində axtarış elan olunan 50 yaşlı kişi Azərbaycandan Gürcüstana keçmək istəyərkən "Qırmızı körpü" gömrük buraxılış-məntəqəsində saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
O, Azərbaycandan Gürcüstana keçmək istəyərkən tutulub. 50 yaşlı kişi Çexiyada qətldə ittiham olunur.
Saxlanılan şəxsin Çexiyaya təhvil verilməsi istiqamətində danışıqlar aparılır. /report
7news.Az








