RU
İordaniya yenidən Suriyanın ərazisini bombalayıb, ölənlər var
20:26
67

İordaniya yenidən Suriyanın ərazisini bombalayıb, ölənlər var

İordaniya Hərbi Hava Qüvvələrinin Suriya ərazisinə zərbə endirməsi nəticəsində 11 nəfər ölüb.

Məlumatı "NEWSru.co.il” yayıb.

Bildirilib ki, hadisə Suriyanın cənubunda əs-Sueyda əyalətində baş verib.

Məlumata görə, 2024-cü ilin əvvəlindən bu, İordaniya Hərbi Hava Qüvvələrinin Haşimilər Krallığına təkcə narkotik deyil, həm də silah-sursat keçirən qaçaqmalçıların mövqeyinə qarşı üçüncü zərbədir.
 
 
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ