RU
İqtisadi böhran GÜL bayramını GÜLSÜZ qoydu - YENİLİK
12:02
527

İqtisadi böhran GÜL bayramını GÜLSÜZ qoydu - YENİLİK

7News.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun təşəbbüsü ilə keçirilən Gül bayramı bu il fərqli formatda keçiriləcək. Meriyanın mətbuat xidmətindən yayılan açıqlamada deyilir ki, mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq.
"Builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək. İnsanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar”.//big.az
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ