RU
İran 4 “Airbus” təyyarəsi aldı
18:04
28

İran 4 “Airbus” təyyarəsi aldı

İran mətbuatında 4 ədəd "Airbus” təyyarəsinin gətirildiyi xəbərindən sonra səlahiyyətlilər alışı təsdiqləyib. 

7NEWS.az xəbər verir ki,  İran Mülki Aviasiya Təşkilatının vitse-prezidenti Həsən Huşu təyyarənin idxalını təsdiqləyib. "Fransada istehsal olunan "Airbus 340” tipli təyyarə bu yaxınlarda ölkəyə gəldi”, - deyə Huşu bildirib. İdxalın təfərrüatları verilməyib. 

ABŞ-ın 6 avqust 2018-ci ildə qüvvəyə minən sanksiyaları mülki aviasiya sektorunu da əhatə edir. Sanksiyalar səbəbindən İran sərnişin təyyarələri və təyyarə hissələrini idxal edə bilmir. 

İran Hava Yolları Şirkətləri Assosiasiyasının İdarə Heyətinin sədr müavini Əli Rıza Berhor 2021-ci ilin dekabrında elan etmişdi ki, sanksiyalar səbəbindən təyyarələrin yarıdan çoxu təmir oluna bilmədiyi üçün uça bilmir. 

Ölkədə təyyarələrin nasazlığı səbəbindən reyslər tez-tez ləğv edilir və uçuşlarda gecikmələr olur. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ