RU
İran 40 ildən sonra ilk dəfə qadınlara stadionda liqa matçına baxmağa icazə verib
11:40
211

İran 40 ildən sonra ilk dəfə qadınlara stadionda liqa matçına baxmağa icazə verib


FİFA və AFC-nin "yarışlara qadağa" xəbərdarlığı nəticəsində qadın azarkeşlər İranda təxminən 40 ildən sonra ilk dəfə liqa matçını stadionda izləyə bildilər. 

7NEWS.az xəbər verir ki, İranda qadınların futbol matçlarına buraxılmaması böhranına Beynəlxalq Futbol Assosiasiyaları Birliyi (FİFA) və Asiya Futbol Konfederasiyasının (AFC) müdaxiləsindən nəticə əldə edilib. Dünən paytaxt Tehranın "Azadi” stadionunda keçirilən "İstiqlal” – "Mes Kerman” matçına 500-ə yaxın qadın azarkeş gələ bilib. Qadınların ilk dəfə liqa matçında stadiona buraxılmasının arxasında beynəlxalq təşkilatların təzyiqinin olduğu bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ